SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İki gün ərzində erməni tərəfi xeyli sayda hərbi texnika və canlı qüvvə itirib.
 
"Report"un erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, 300-dək erməni həyatını itirib. Bunlar arasında zabitlər, kiçik və yüksək rütbəli hərbçilər də var. Dinc əhali arasında da itkilər var.

Erməni tərəfi onlarla hərbi texnika (avtomobil, ağır zirehli texnika, artilleriya qurğuları) itirib. Qeyri-rəsmi məlumata görə, düşmən tərəfinin 50-dək hərbi texnikası məhv edilib.

"Əhali panika və təşviş içindədir. İnsanlar kütləvi surətdə evlərini tərk edərək, Ermənistan ərazisində daha təhlükəsiz yerlərə köçməyə cəhd edirlər. Lakin onların hərbi əməliyyatlar keçirilən ərazilərdən çıxmasına hər vasitəylə maneçilik törədilir. Bunun üçün xüsusi postlar belə quraşdırılıb", - erməni KİV-ləri yazır.
 
Eyni zamanda, əsgərlər fərarilik edərək müxtəlif bəhanələrlə döyüşməkdən imtina edir. 
 
BAKU.WS