Ordumuz 170 erməni əsgəri və 12 zirehli texnikanı məhv etdi (RƏSMİ)

Ordumuz 170 erməni əsgəri və 12 zirehli texnikanı məhv etdi (RƏSMİ)
Hadisə 6523

 

Panikada olan düşmən silah-sursatını ataraq mövqelərini qoyub qaçır.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir. 

Son saatlar ərzində birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.

Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir.

BAKU.WS

Oxşar xəbərlər

3 erməni tankı vurduq, 30 əsgəri məhv etdik (RƏSMİ)

3 erməni tankı vurduq, 30 əsgəri məhv etdik (RƏSMİ)

Azərbaycan Silahlı Qüvvələrinin düşmən ordusunun növbəti təxribatına layiqli cavabı. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bu gün erməni silah...

9268 Hadisə 14:05 04 aprel 2016

Son xəbərlər