3 erməni tankı vurduq, 30 əsgəri məhv etdik (RƏSMİ)
Azərbaycan Silahlı Qüvvələrinin düşmən ordusunun növbəti təxribatına layiqli cavabı.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bu gün erməni silahlı bölmələri Xocavənd - Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər.
Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar. Əks hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib.
Silahlı Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır.
BAKU.WS
Oxşar xəbərlər
Cəbhədə ağır döyüş gedir: ermənilər itkilərini etiraf etdilər
Ötən gün Azərbaycan Müdafiə Nazirliyinin düşmənin 10-15 canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsi xəbərini təkzib edən erməni tərəfi bu gündən başlayara...