VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xəzər rayonunda iki nəfər döyülüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Albalılıq qəsəbəsində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Mirzəyev Əziz Şaiq oğlu idarə etdiyi avtomobillə küçədə qarşısına çıxan iribuynuzlu heyvana səs siqnalı verib.

Bundan hiddətlənən heyvan sahibi sürücü Ə.Mirzəyevi və onun avtomobildə olan qardaşı, 1999-cu il təvəllüdlü Mirzəyev Mahmud Şaiq oğlunu döyüb, onlara küt alətlə zərbə endirib.

Yaralılar 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

BAKU.WS