SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Martın 31-də Türkiyənin Diyarbəkir şəhərində törədilən terror aktı nəticəsində şəhid olan 7 polisdən biri prezident Rəcəb Tayyib Ərdoğanın mühafizəçisi olub.
 
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, 48 yaşlı Necdət Alıcı Ərdoğanın baş nazir olduğu dövrdə onun mühafizəçisi vəzifəsini yerinə yetirib.
 
Qeyd edək ki, bomba yüklü avtomobillə həyata keçirilən hücum nəticəsində 7 polis həyatını itirib, 13 polis və 14 mülki vətəndaş olmaqla 27 nəfər yaralanıb. PKK-nın silahlı qanadı HPG terror aktına görə məsuliyyəti üzərinə götürüb.
 
BAKU.WS