SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Apellyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxsləri - Fərhad Mollazadə və Nurupaşa Abdullayev barələrində seçilmiş həbs-qətimkan tədbirindən verilən şikayətə baxılıb.

BAKU.WS-in Trend-ə istinadən məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Məhkəmə qərarı qüvvədə saxlayıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Mollazadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


BAKU.WS