SİZİN REKLAM BURADA!
055 213 76 73


2019-cu ilin mayın 3-ü Sumqayıt şəhərində yerləşən «Karvan» Ticarət mərkəzində yerləşən eynək dükanında dəhşətli cinayət baş verib.

Təcili yardım xəstəxanasına bıçaq xəsarətləri ilə Seymur Abdullayev və Gülnar Əmənova daxil olub. Göstərilən tibbi yardımlara baxmayaraq qadın ayın 14-də vəfat etdiyindən Seymur Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqla müəyyən edilib ki, əvvəllər 4 dəfə məhkum olunan Seymur Abdullayev tanış olduğu Gülnar Əmənova ilə 2015-ci ildən qeyri-rəsmi ər-arvad kimi yaşayıb. Qadının mobil telefonla ondan gizlin başqa şəxslərlə danışmasından şübhələndiyinə görə tez-tez aralarında mübahisələr yaranıb, 2019-cu ilin aprel ayında ondan ayrılıb. Mayın 1-də “Cavid” ticarət mərkəzinin yaxınlığında olarkən arvadının tanımadığı şəxslə birlikdə getdiyini görüb. Buna görə Gülnarı öldürmək qərarına gəlib. Ayın 3-ü saat 17 radələrində Seymur sərxoş vəziyyətdə arvadının işlədiyi eynək mağazasına gələrək sonuncu ilə mübahisə edib. Gülnar Əmənova onunla yaşamaq istəmədiyini söylədikdə bıçaqla qəsdən bədənin müxtəlif nahiyələrinə zərbələr endirib. Onları ayırmağa çalışan vətəndaşlara imkan verməyərək yenidən ona çoxlu sayda xəsarətlər yetirib. Təqsirləndirilən şəxs qismində dindirilmiş Seymur Abdullayev bildirib ki, Gülnar eynək mağazasında işə başladıqdan sonra onda özünə qarşı soyuqluq hiss edib. Belə ki, o, əvvəllər evə gələndə telefonu stolun üstünə qoyurdusa, artıq onu özündə saxlayıb, hətta yatanda belə telefonu balışının altına qoyub. Bir dəfə evə qayıdıb, dəhlizə keçdikdə arvadının kiminləsə danışdığını, onu gördükdə isə dərhal telefonu söndürdüyünü görüb. Kiminlə danışdığını soruşduqda o, iş yoldaşı ilə danışdığını deyib. Səhərisi gün Gülnarı işə aparmaq istəsə də sonuncu onunla getmək istəməyib. Aralarında yenidən mübahisə yaranıb. Gülnar anasına zəng edərək artıq onunla yaşamaq istəmədiyini bildirib. Həmin gün paltarlarını yığaraq qardaşı Yalçının yaşadığı evə gedib. Amma 4-5 gündən sonra yenidən yoldaşının yanına qayıdıb. Hadisədən 2 gün əvvəl Seymur ticarət mərkəzinin yaxınlığında Gülnarı tanımadığı oğlanla görüb. Həmin axşam oğlanın kim olmasını soruşduqda arvadı yanında kiminsə olmasını inkar edib. Mayın 3-də mətbəxdən bıçağı götürüb Gülnarın işlədiyi mağazaya yollanıb və məlum hadisəni törədib. Gülnara bıçaq zərbələri endirərkən arxadan kimsə başına hansısa alətlə vurub. Dönüb geri baxdıqda, tanımadığı şəxsin onu boru ilə vurduğunu görüb. Öz qarın boşluğuna, sonra isə arvadına yenə bıçaqla zərbələr endirib. Bundan sonra nə baş verdiyini xatırlamır. Xəstəxanada törədilən və Gülnar Əmənovanın ölümünə səbəb olan hərəkətlər arasında heç bir əlaqə olmadığından Seymur Abdullayevin törətdiyi əməl CM-in xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsinə tövsif edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Abdullayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

BAKU.WS
VİDEO