SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Lerik rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 18 radələrində rayonun Livədirqə kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Elcan İzzət oğlu Zahidov ov tüfəngini təmizləyərkən tüfəng açılıb və güllə ona dəyib. Nəticədə E. Zahidov yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.
 
BAKU.WS