Bakıda avtomobil velosipedçini vuraraq öldürüb

02
iyl
2020
13:15
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 1-də saat 20 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Qaraxanov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən velosipedçi, paytaxt sakini Elvin Heybətovu vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü
Hacıqabul rayonunda ölümlə nəticələnən ard-arda üç yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlum...
