Bakıda şirkətdən yarım milyon dollara yaxın pul oğurlayan şəxs tutulub.


BAKU.WS
-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də "Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450 000 ABŞ dolları olan seyfi oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunan Ə.Əhmədov tutulub, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Ziya Səccad
BAKU.WS