Bakıda ərinin boğazını kəsərək öldürən arvaddan YENİ XƏBƏR

Bakı Ağır Cinayətlər Məhkəməsində ərinin boğazını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Şəhanə Fəxrətovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 10-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən il Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. 1986-cı il təvəllüdlü Ruslan Fəxrətovun boğazını bıçaqla kəsərək intihar etməsi və qanaxmadan dünyasını dəyişməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq araşdırmaları zamanı hadisənin intihar deyil, qətl olduğu ortaya çıxıb.
Məlum olub ki, o, arvadı Fəxrətova Şahanə Məstalı qızı tərəfindən boğazı kəsilərək qətlə yetirilib.
Qadına Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Oxşar xəbərlər
İntihar etdiyi deyilən kişini qadın öldürübmüş
Bakıda qətl törətməkdə təqsirləndirilən Şahanə Fəxrətovanın cinayət işi üzrə ibtidai isitintaq başa çatıb. BAKU.WS “report”a istinadən xəbər verir ki, cinayət i...
