Artıq bir neçə gündür ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət 08:00-dan 22:00-dək həyata keçirilir.

BAKU.WS "report"a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, masa ətrafında 10 nəfərdən çox toplaşmamaqla sosial məsafə qorunmalıdır. Əks halda həm restoran sahibləri, həm də vətəndaşları cəza gözləyir.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.

Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Xatırladaq ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılıb.

BAKU.WS
VİDEO