Kafedə 35 yaşlı kişini öldürdülər

03
iyn
2020
09:11
Biləsuvar rayonunda qətl hadisəsi törədilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhər ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.
İlkin məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Rzayev Rəşad Cəlil oğlu bıçaq zərbəsi ilə qətlə yetirilib.
Məlumata görə, bıçaq qarın boşluğuna nüfuz edib və R.Rzayev qanitirmədən yerindəcə keçinib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanlı kriminal ünsürlərin qanlı razborkası – Dəhşətli cinayətlər
İyulun 31-də Hacıqabul rayonunda ölkəni şoka salan cinayət hadisəsi baş verdi. BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, həmin gün saat 06 radələrində Hacı...