SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunda yağışlı hava yol qəzasına səbəb olub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Kənd sakini Mehman Qasımov idarə etdiyi "VAZ 21 011" markalı avtomobilin idarəetməsini itirib.

Nəticədə maşın ilk olaraq yol kənarındakı ağacı sındırıb, daha sonra isə dərəyə aşıb. Hadisə yerinə Tovuz rayon Mərkəzi Xəstəxanasının həkim briqadası cəlb olunub, sürücüyə lazımi tibbi yardım göstərilib, vəziyyəti kafidir.

İlkin məlumata əsasən, qəza yolun yağışlı olması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO

QALEREYA