13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bakının Səbail rayonunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. 

BAKU.WS-in məlumatına görə, Səbail rayonun Xəqani küçəsində sürətlə hərəkətdə olan "BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun kənarında hərəkətsiz dayanan 6 avtomobilə çırpılıb. Daha sonra həmin avtomobil yolun kənarındakı işıq dirəyinə dəyərək dayana bilib. Hadisə şahidlərinin dediyinə görə sürət yüksək olduğundan toqquşmadan sonra "BMW” işıq dirəyinin yuxarı hissəsinə kimi qalxıb və bundan sonra dirək aşıb.

Gözlənilməz qəza yol kənarında olan 7 piyadanın xəsarət almasına səbəb olub. Həkimlərin verdiyi məlumata görə 7 nəfrədən 3-nün vəziyyəti orta ağırdır. Verilən məlumata görə, hadisəni törədən "BMW” eyni markalı avtomobil ilə sürət yarışına çıxıb və qəza da bu zaman baş verib.
 
Şahin Həbibov
BAKU.WS