Sosial şəbəkələrdə VAZ 2108 avtomobilinin videosu yayılıb. 
 
BAKU.WS-in məlumatına görə, Babək prospektindən Günəşli qəsəbəsi istiqamətində hərəkət edən avtomobil qəflətən idarəetməni itirib. Videodan aydın olduğu kimi Rusiya istehsallı maşın yoldan çıxaraq kənardakı təpəliyə qalxır. Ancaq sonradan avtomobilin sürücüsü manevr edərək yola geri qayıda bilir. 
 
Görüntülərə baxdıqdan sonra ilk baxışdan sürücünün avtoşluq etdiyini zənn etmək olar. Başqa bir versiya kimi sürücünün sükan arxasında yatdığı və ya hüşünü itirdiyini də güman etmək olar.
 
BAKU.WS həmin hadisənin görüntüsünü təqdim edir və sürücünü bu addımına qiymət verməyi oxucuların öz öhdəsinə buraxır.
 
Şahin Həbibov
BAKU.WS