13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Teleaparıcı Kamran Həsənli ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, K. Həsənli barəsində daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq Rayon Polis İdarəsinin istintaq şöbəsində davam etdirilir.

Qeyd edək ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib.
 
BAKU.WS