SİZİN REKLAM BURADA!
055 213 76 73



Martın 4-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin son təxribat törətmək cəhdinə cavab olaraq, bölmələrimiz növbəti təxribata hazırlaşan düşməni əvvəlcədən aşkar edərək ona qabaqlayıcı zərbə endiriblər.


BAKU.WS
-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, atəş nəticəsində hərbi texnika və onlarla canlı qüvvə itirən düşmən törətdiyi qanlı fəaliyyəti öz xalqından yenə də gizlədir.


Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin, eləcə də dinc yaşayış məntəqələrimizin atəşə tutulmasının qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq, düşmənin Ağdərə, Madagis, Talış və digər məntəqələrdə yerləşən hərbi infrastrukturu atəşlə məhv ediləcəkdir.


Ziya Babayev

BAKU.WS