SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
İŞİD terror təşkilatı bu dəfə öz döyüşçülərini edam edib.
 
BAKU.WS-in məlumatına görə, təşkilat daxilində meydana gələn anlaşılmazlıq nəticəsində Niderland vətəndaşı 8 döyüşçü edam olunub. İŞİD-in edam etdiyi döyüşçülərin cəbhədən qaçmağa təşəbbüs etdiyi iddia edilib.
 
Bir müddət əvvəl Niderlanddan olan 3 terrorist İŞİD-in İraq qolu tərəfindən fərarilik etməkdə günahlandırıb. Bunlardan biri də sorğu əsnasında döyülərək öldürülüb.

Anlaşılmazlığı həll etmək üçün İŞİD liderləri tərəfindən Raqqaya xüsusi dəstə göndərilib. Dəstə İŞİD-in Niderlanddan olan döyüşçüləri tərəfindən intiqam məqsədiylə öldürülüb. Bundan sonra İŞİD lideri Niderlanddan olan bütün döyüşçüləri həbs etdirib. Saxlanılanlardan 8-i edam edilib. 

Qeyd edək ki, İraq və Suriyada 50-si qadın, 200 Niderland vətəndaşı İŞİD dəstələrində döyüşür. 
 
BAKU.WS