İŞİD öz döyüşçülərini edam etdirdi (VİDEO)

İŞİD öz döyüşçülərini edam etdirdi (VİDEO)
Video
Hadisə 2643

 

İŞİD terror təşkilatı bu dəfə öz döyüşçülərini edam edib.

BAKU.WS-in məlumatına görə, təşkilat daxilində meydana gələn anlaşılmazlıq nəticəsində Niderland vətəndaşı 8 döyüşçü edam olunub. İŞİD-in edam etdiyi döyüşçülərin cəbhədən qaçmağa təşəbbüs etdiyi iddia edilib.

Bir müddət əvvəl Niderlanddan olan 3 terrorist İŞİD-in İraq qolu tərəfindən fərarilik etməkdə günahlandırıb. Bunlardan biri də sorğu əsnasında döyülərək öldürülüb.

Anlaşılmazlığı həll etmək üçün İŞİD liderləri tərəfindən Raqqaya xüsusi dəstə göndərilib. Dəstə İŞİD-in Niderlanddan olan döyüşçüləri tərəfindən intiqam məqsədiylə öldürülüb. Bundan sonra İŞİD lideri Niderlanddan olan bütün döyüşçüləri həbs etdirib. Saxlanılanlardan 8-i edam edilib. 

Qeyd edək ki, İraq və Suriyada 50-si qadın, 200 Niderland vətəndaşı İŞİD dəstələrində döyüşür. 

 

BAKU.WS

Oxşar xəbərlər

İŞİD jurnalist qadının başını kəsərək edam etdi

İŞİD jurnalist qadının başını kəsərək edam etdi

İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Ruqia Hassan adlı jurnalist qadının başını kəsərək edam edib. BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat ve...

1778 Hadisə 18:30 06 yanvar 2016

Son xəbərlər