13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Sabirabad rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Qalağayın kəndində qeydə alınıb.

BAKU.WS
xəbər verir ki, kənd bələdiyyəsindən anspress-ə verilən məlumata görə, kənd sakini, 26 yaşlı Famil Əlirza oğlu İbişov aralarında yaranana mübahisə zəminində bacısı, 1988-ci il təvəllüdlü Hüsniyyə Əlirza qızı İbişovanın boğazını kəsib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Kənd sakinləri Famil İbişovun psixoloji problemləri olduğunu bildirirlər.

"Dünyasını dəyişən qadın ailəli olub və bir müddət əvvəl boşanaraq ata evinə qayıdıb. Ancaq övladı yoxdur. Hadisə baş verən vaxt da evdə iki nəfərdən başqa heç kim olmayıb. Hazırda meyit müayinə üçün morqa aparılır", deyə bələdiyyədən bildirilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS