VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda koronavirusa yoluxanların və ölənlərin sayının artması sərhədyanı rayonlarda əhali arasında narahatlığa, eləcə də, müxtəlif şayiələrin yayılmasına səbəb olub.

Lənkəranda 30-dan çox uşağın koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi barədə yayılan şayiələr də bu qəbildəndir.

BAKU.WS-in məlumatına görə, Baku.TV-nin əməkdaşları əhali arasında gəzən söz-söhbətlərin nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına baş çəkiblər.

Xəstəxanadan Baku TV-yə bildirilib ki, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Müraciətlər qış mövsümünə uyğun yayılmış kəskin respirator xəstəliklərlə əlaqədardır.

BAKU.WS
VİDEO