VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 


Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtər rayonunun eks icra başçısı Sərdar Həmidov dünyasını dəyişib. 
 
BAKU.WS məlumat verir ki, bu haqda məlumatı Sərdar Həmidovun dostları sosial şəbəkədə yayıb. Ötən gün səhər saatlarında qəfildən halı pisləşdiyi üçün ağır vəziyyətdə 1 saylı Mərkəzi Kliniki Xəstəxanaya ("Semaşko"-red.) yerləşdirilən S.Həmidov axşam saatlarında dünyasını dəyişib. 
 
Qeyd edək ki, S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.
 
BAKU.WS