SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Öz məşuqəsinin maşınını Rusiyanın Kıştım şəhərindən qaçıran, əslən Azərbaycandan olan şəxs Rusiyada həbs olunub. Kıştım şəhər məhkəməsi Azərbaycandan Rusiyaya gələn Yekaterinburq sakininə hökm çıxarıb.

O, sosial şəbəkələrin birində Rusiya vətəndaşı ilə tanış olub. Ötən ilin iyulunda onlar öz ilk görüşləri üçün yer olaraq  Kıştım şəhərinin saunalarından birini seçiblər. Qadın spirtli içkilərin qəbulundan sonra yuxuya gedib, azərbaycanlı "sevgilisi" isə  onun avtomobilinə minərək naməlum istiqamətə sürüb.

Bundan başqa, o, qızın kulonla birgə olan iki qızıl boyunbağısını, telefonunu və fotoaparatını da götürməyə fürsət tapıb. Ziyanın ümumi məbləği  3 yüz min rubl (6210 AZN - red.) təşkil edib. 

Şəhər məhkəməsinin mətbuat katibi Dərya Abjalimovanın məlumatına görə, təqsirləndirilən tərəf iki il ciddi rejimli koloniyada saxlanılacaq. Hökm hələ qanuni qüvvəyə minməyib.
 
Ötən gün Rusiyada daha bir azərbaycanlı saxlanılıb. Rusiya Federasiyasının narkotiklərin dövriyyəsinə nəzarət üzrə xidmətindən (RFNX) verilən məlumata görə, 43 yaşlı azərbaycanlı Serpuxovda "Mercedes” markalı maşını idarə edərkən saxlanılıb. Axtarışlar zamanı salondan içərisində marixuana olan bağlama tapılıb və ekspertizaya göndərilib.

anspress
BAKU.WS