SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Türkiyədə adam qaçıran azərbaycanlı həbs olunub.
 
BAKU.WS məlumat verir ki, İstanbulda tətilə gələn 23 və 45 yaşlarında 2 Ukrayna vətəndaşını qaçıran azərbaycanlı şəxs həbs olunub.
 
Ukrayna vətəndaşlarının qaçırılması ilə bağlı qaçırılan şəxslərin yaxını İstanbulda Ukrayna səfirliyinə müraciət edib. Dostlarının qaçırıldığını və həyatları qarşılığında 150 min dollar məbləğində pul tələb olunduğunu bildirib.
 
Səfirlik Ukrayna vətəndaşları ilə bağlı polisə şikayət ərizəsi yazıb. Polis əməkdaşlarının axtarış əməliyyatları nəticəsində Ukrayna vətəndaşlarını qaçıran şəxs tutulub. Ukrayna vətəndaşlarını qaçıran şəxsin Ənvər adlı azərbaycanlı olduğu deyilir.

Polis Ənvərin qaldığı evə basqın edib. Evdən bir avtomat, çox sayda güllə, 2 tüfəng, saxta pasportlar və 9 min 600 dollar pul tapılaraq, götürülüb.

Azərbaycanlı şəxs haqqında həbs qəti imkan tədbiri seçilib.
 
BAKU.WS