VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rusiyadakı yeddi türk bankındanbiri olan "Credit Europe"nın azərbaycanlı iş adamı almaq istəyir. 
 
BAKU.WS-in məlumatına görə, Qod Nisanovun almaq istədiyi bankın azərbaycanlı iş adamına satılıb satılmayacağı isə hələlik bilinmir. Bankdan satış əməliyyatları ilə bağlı heç bir açıqlama verilməyib. Bankın ümumi dəyəri 300 milyon dollar dəyərində qiymətləndirilir.
 
"Credit Europe"nın Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Ufa, Novosibirsk və Rostov kimi iqtisadi olaraq inkişaf etmiş 30 şəhərində 69 ofisi və 115 şöbəsi var. Rusiya səviyyəsində 14 minin üzərində satış nöqtəsi olan "Credit Europe"nın 560 bankomatı var. Bankın internet saytında yer alan məlumatlara görə 1 yanvar 2016-ci il tarixinə Rusiyada 4,5 milyon fərdi müştərisi var. Rusiyanın ən böyük 50 bankından biri olan "Credit Europe" əsas səhimdarı "Fiba Holdinq"dir. 
 
Qeyd edək ki, kənd təsərrüfatı və turizm xaricində Rusiyada çalışan türklərin iş icazələrinin ləğv edilməsi və minlərlə türkün ölkəsinə dönmək məcburiyyətində qalması Türkiyəyə zərər verir. Rusiya prezidenti Vladimir Putinin təlimatıyla tətbiq olunan sanksiyaların Türkiyə iqtisadiyyatına 9 milyard dollar itirib. Rusiyada fəaliyyət göstərən türk şirkətləri bağlanmaq ya da satılmaq məcburiyyətində qalır. Bu təşkilatlar arasında banklar və Rusiyada istehsalla məşğul olan şirkətlər də var.
 
Azərbaycandan olan yəhudi milyarderlər Qod Nisanov və Zarah İliyev, habelə onların ortaqları İlham Rəhimov birgə çalışırlar. Milyarderlər İliyev, Nisanov və Rəhimov (Putinin tələbəlik dostu) Rusiyanın ən iri daşınmaz əmlak sahibləridir. Onların ofislərin və ticarət mərkəzlərinin icarəyə verilməsindən illik gəliri 1,3 milyard dollara yaxındır.

Şahin Həbibov
BAKU.WS