SİZİN REKLAM BURADA!
055 213 76 73


Qırğızıstanda açıq havada “Manas” dastanını ifa edən 29 məktəblini dondurma maşını vurub. Yeddi nəfər reanimasiyadadır.

BAKU.WS xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, fciə rayonun Suzak kəndində baş verib.

“Porter” markalı yük maşını qəflətən sürətlənərək yamacla 9-16 yaşlarında olan uşaqların üzərinə sürüb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, sürücü əl əyləcini avtomobilə basmağı unudub.

18 uşaq hazırda xəstəxanadadır, onlardan 7-si reanimasiyadadır, üçünün vəziyyəti ağırdır. Daha 11 uşaq ambulator müalicəyə buraxılıb.

BAKU.WS
VİDEO