SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyada azərbaycanlı "qanuni oğru"nun dəstəsi saxlanılıb. 
 
BAKU.WS-in məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Cinayət Axtarış Baş İdarəsi və "Vaşaq" xüsusi çevik dəstəsinin əməkdaşları insan oğurluqlarında, soyğunçuluqda şübhəli bilinən 3 nəfəri saxlayıb. Bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yelena Alekseyeva söyləyib.
 
Onun sözlərinə görə, Azərbaycanda cəza çəkmiş Quli adlı "qanuni oğru" cinayətkarlara başçılıq edib. Müəyyən edilib ki, cinayətkarlar Moskvada bu ilin sentyabr ayında avtomobil almaq bəhanəsi ilə sahibkarla görüş təşkil ediblər. Daha sonra iş adamlarını silahla hədələyən cinayətkarlar Ford avtomobilini alıblar. İş adamından 400 azad olması üçün 400 min rubl tələb edilib. Pulu aldıqdan sonra zərər çəkmiş şəxs sərbəst buraxılıb. 

"Üç ünvanda aparılan operativ tədbirlər nəticəsində Rusiyanın Daxili İşlər Nazirliyinin tədqiqatçıları Orta Asiyadan olan iki şəxsi və bu cinayətin törədilməsində şübhələnilən Gürcüstan vətəndaşını saxlayıblar. Hal-hazırda onlar barəsində həbs qəti imkan tədbirinin seçilməsi məsələsinə baxılır", - deyə Alekseyev söyləyib.
 
DİN rəsmisinin sözlərinə görə, saxlanan şəxslər ölkənin müxtəlif regionlarında analoji cinayətlər törədiblər. Saxlanılan dəstə həmçinin, "himayə" üçün pulu ödəməkdən imtina edən iş adamlarının maşınlarını da yandırıblar.
 
Bundan başqa, saxlanılan şəxslərdən ikisi 10 milyon dollar qoparma məqsədi ilə adam oğurladığı iddia olunur. Bu ilinin may ayında baş verən cinayəti törətməkdə şübhəli bilinən iki şəxs haqqında araşdırma aparılır. 
 
Şahin Həbibov
BAKU.WS