8 nəfərin öldüyü qəzadan sağ çıxan sürücü: “Başımı qaldıranda ...” – VİDEO
09
iyl
2019
13:05
Bu gün səhər saatlarında Bakı-Astara yolunda baş verən qəzada 8 nəfərin öldüyü avtomobilin sürücüsü hadisənin necə baş verdiyini açıqlayıb.BAKU.WS "qafqazinfo”ya istinadən xəbər verir ki, 99 LH 458 nömrəli "Mercedes” markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Nizami Mustafayev deyib ki, yanında oturan sərnişinə balış vermək istəyərkən yoldan diqqəti yayınıb və idarəetməni itirib:"Sürətim normal idi. Yolda nə sürət qoyulubsa o idi, saatda 100-120 ilə gedirdim. Yuxulu deyildim. Bakıdan səhər saat 6-nın yarısı çıxmışam, 8 sərnişin götürmüşdüm. Bakı-Lerik arası sərnişin daşıyıram”.Qeyd edək ki, bu gün səhər saatlarıdna Masallıda yük maşını “Mersedes-Vito" markalı mikroavtobusla toqquşub. Qəza zamanı 8 nəfər ölüb, 1 nəfər yaralanıb.
Qalereya
Oxşar xəbərlər
Dəhşətli qəzada ölənlərin kimliyi məlum oldu – VİDEO – YENİLƏNİB
Masallı rayonunda "KAMAZ" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobusun toqquşnası nəticəsində ölən 8 nəfərdən 6-sının adı məlum olub.BAKU.W...