VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"1987-ci il təvəllüdlü Gülnar Namaz qızı Əliyeva iki gün öncə Mərkəzi Klinik Xəstəxanada vəfat edib"

BAKU.WS xəbər verir ki, belə bir iddia ilə bəzi müxalifətyönümlü səhifələr çıxış ediblər.  

İddia olunur ki, qadın bir neçə gün öncə ağciyərlərin iltihablanması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

"Sədərəkdə kiçik sahibkar kimi işləyirdi. Onun obyekti Çin mallarının sıx satıldığı yerdə idi. Həkim xəstə yaxınlarına deyib ki, eyni diaqnozla artıq 12 nəfər dünyasını dəyişib.

Bu məlumat panika filan yaratmaq üçün deyil, sadəcə rəsmi orqanlar mütləq şəkildə əhalini məlumatlandırmalıdır və maarifləndirməlidir.

Xəstəlikdən maksimum qorunmanın yollarını anlatmalıdır, əlavə tədbirlər görülməlidir. Gizlətməklə nəsə etmək çıxış yolu deyil, bunu illərdir deyirik". 

İddialara görə, Gülnar Əliyeva koronavirusdan vəfat edib.

Məsələyə aydınlıq gətirmək üçün Mərkəzi Klinik Xəstəxana ilə əlaqə saxladıq. Xəstəxananın baş həkimi Kamran Musayev BAKU.WS-ə bildirdi ki, yazılan bütün məlumatlar yalandır.

“Bütün bu xəbərlər həqiqəti əks etdirmir. Bizim xəstəxanada ölüm qeydə alınmayıb. Ümumiyyətlə, bizim xəstəxanaya Gülnar Namaz qızı Əliyeva adlı xəstə daxil olmayıb”, - deyə Kamran Musayev bildirib.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyindən isə BAKU.WS-ə bildirdilər ki, Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb və bu diaqnoz heç kimə qoyulmayıb.

Ziya SƏCCAD
BAKU.WS