Azərbaycanda qəndə ağardıcı maddə qatan xarici vətəndaş həbs olunub

Azərbaycanda qənd məhsullarına "Natrium disionid" adlı ağardıcı maddə qatan İran vətəndaşı həbs olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadə deyib.
Onun sözlərinə görə, bu şəxs tərəfindən Azərbaycanda sex açaraq fəaliyyət göstərib:
"Həmin sexdə isə sözügedən kimyəvi maddə şəkərə əlavə edilib. Biz tövsiyə etmirik ki, hər hansı kimyəvi maddə təkrar şəkərə qatılsın. Burada müəyyən texnoloji ardıcıllıq var və həmin texnoloji ardıcıllığa riayət olunsa, heç bir əlavə qatqılara ehtiyac olmayacaq".
Oxşar xəbərlər
Azərbaycanda yüksək vəzifəli məmurun oğlu narkotiklə tutuldu
Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb. BAKU.WS "Report"a istinadla xəbər verir ki, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşla...
