Azərbaycanda yüksək vəzifəli məmurun oğlu narkotiklə tutuldu

Azərbaycanda yüksək vəzifəli məmurun oğlu narkotiklə tutuldu
Hadisə 1507

Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb.

Qeyd edək ki, saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur.

F.Ağayev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir.

Oxşar xəbərlər

Həbsdə olan atasına narkotik gətirən şəxs tutulub

Həbsdə olan atasına narkotik gətirən şəxs tutulub

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçir...

512 Hadisə 18:26 16 dekabr 2019

Son xəbərlər