Polisdən uğurlu əməliyyat - Goranboylu “Doktor” saxlanılıb

Polisdən uğurlu əməliyyat - Goranboylu “Doktor” saxlanılıb
Hadisə 1128
Goranboy rayonunda “Doktor” ləqəbli narkotacir saxlanılıb.Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayon sakini, əvvəllər məhkum olunmuş 52 yaşlı Rauf Niftəliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb.Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əynindəki gödəkçənin iç cibindən qanunsuz yolla əldə edib saxladığı 4,4 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.İlkin dindirilmə zamanı R.Niftəliyev narkotik maddə istifadəçisi olduğunu etiraf edib.Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.Qeyd edək ki, saxlanılan şəxs ləqəbinin “doktor” olduğunu deyib.Faktla bağlı araşdırma aparılır. (Report.az)BAKU.WS

Oxşar xəbərlər

Bakıda “Seyid” ləqəbli narkotacir saxlanılıb

Bakıda “Seyid” ləqəbli narkotacir saxlanılıb

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyə...

2043 Hadisə 09:24 17 fevral 2019

Son xəbərlər