“Kubinka”da narkotik satan “bibi”dən YENİ XƏBƏR
14
dek
2018
13:15
Bakıda narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda təqsirləndirilən Sənubər Lütfəliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb."Report"un məlumatına görə, S.Lütfəliyevanın barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata əsasən, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş İmran İsgəndərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman iki büküm heroin və psixotrop maddə olan “midraks-tropikamin” aşkar olunaraq götürülüb. Saxlanılan şəxs heroini Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan “bibi” ləqəbli şəxsdən aldığını bildirib.Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən İ.İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini S.Lütfəliyeva da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin aşkar edilərək götürülüb. S.Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda narkobaron saxlanıldı (FOTO)
Daxili işlər orqanları tərəfindən narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunma...