VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən


Bakı sakini "Topaz”da 80 min manat uduzub.


BAKU.WS
-in "Report”a istinadən verdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Taleh Musayev nisyə 80 min manat pulu oyunlara yazdırıb.

Hadisə Nərimanov rayonu, A.Nemətulla küçəsi, 49Q-də yerləşən "Topaz” idman mərc oyunları məntəqəsində baş verib.

Məntəqəni işlədən Bakı şəhər sakini İlqar Məmmədov polisə müraciət edib və T.Musayevdən şikayətçi olub. O bildirib ki, T.Musayev nisyə 80 min manat pulu oyuna yazdıraraq uduzub, lakin pulunu ödəməyib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

 

BAKU.WS