SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda tanınmış tarzən Humay Qədimovanın avtomobili qarət olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, musiqiçi hadisənin yanvarın 12-si saat 12:15 radələrində, paytaxın Səbail rayonunun Teymur Elçin küçəsində qeydə alındığını bildirib:
“İdarə etdiyim maşınımı Teleteatrın qarşısında yerləşən ərazidə park etdim. Saat 15:40 radələrində avtomobilimə yaxınlaşan zaman isə maşınımın içərisindəki əşyalarımın oğurlandığını gördüm. Sonra Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət elədim. Qardaşımla birgə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində ərizə yazdım. Hələ də həmin şəxs və ya şəxslər saxlanılmayıb”.

H.Qədimova bildirib ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib:

“Müraciətimdə görüntülərin mənə təqdim edilməsini və cinayətkarın tezliklə tapılmasını xahiş edirəm”.

Tarzən ona dəymiş maddi ziyanı açıqlamaqdan imtina edib:

“Bu barədə istəmirəm ki, məlumat verəm. Mənə az miqdarda ziyan dəysəydi, heç bu qədər tələb etməzdim”.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bu faktdan məlumatlı olduqlarını və müvafiq araşdırmaların davam etdiyini bildirib.

BAKU.WS