SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş bədbəxt hadisə zamanı ölən əcnəbi tələbələrin şəxsiyyəti məlum olub.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, bunlar 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir.

Şri-Lanka vətəndaşları olan qızların Bakıda fəaliyyət göstərən Qərbi Xəzər Universitetinin tələbələri olduğu bildirilir. Tələbə qızlar iki ay imiş ki, həmin mənzildə məskunlaşıblar. Onların meyitləri müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.

Qeyd edək ki, yanğını ilk olaraq qonşulardan biri görüb və həmin şəxs tələbə qızların qaldığı mənzilin pəncərəsini sındıraraq onlara kömək etmək istəyib. Ancaq artıq gec olub, qızlar yatmış vəziyyətdə zəhərlənərək ölüblər.

***08:41

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş yanğın zamanı üç əcnəbi tələbə qız boğularaq ölüb.

BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, bədbəxt hadisə Xanlar küçəsi 60 ünvanında baş verib.

Ümümi sahəsi 36 m² olan bir otaqlı mənzildə bir ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Yanğın zamanı əmələ gələn tüstüdən üç tələbə qız boğularaq ölüb.

Qızların Şri-Lanka vətəndaşları olduqları məlum olub. Onlar Bakıda fəaliyyət göstərən Qərbi Kaspi Universitetinin tələbələri olublar.

BAKU.WS
VİDEO