Bakıda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələniblər

Bakıda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələniblər
Hadisə 262

Bakının iki rayonunda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələniblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Xəzər Rayon Polis İdarəsi və Yasamal rayon Polis İdarəsi əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində qeyd olunan rayonlar ərazisində mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – T.Rüstəmov, A.Nəsirov, N.Rzayev, N.Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Oxşar xəbərlər

Bakıda uşaqlara siqaret satan satıcılar cərimələnib

Bakıda uşaqlara siqaret satan satıcılar cərimələnib

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nətic...

348 Hadisə 15:03 21 dekabr 2019

Son xəbərlər