Kiçikhəcmli gəmilərlə bağlı Mingəçevirdə tədbirlər keçirilib
Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı tədbirlər həyata keçirilib.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsi və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən Kür çayının sahilində birgə keçirilən tədbirlər zamanı baş verə biləcək qəzaların qarşısının alınması, eləcə də təhlükəsiz istismar qaydaları barədə gəmi sürücüləri ilə profilaktik söhbətlər aparılıb.
Həmçinin kollektiv və fərdi xilasedici vasitələrdən, digər təchizat avadanlıqlarından istifadə qaydaları onların diqqətinə çatdırılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq
Səbail Rayon Məhkəməsi keçmiş ər-arvad arasında ümumi paylı mülkiyyətdə olan iki mənzilin və dörd qarajın açıq hərracda satılması barədə qərar qəbul edib. BAKU....