ATV-də taleləri "BizimləSən" proqramında müzakirə olunan şəxslər arasında dava düşüb. 

BAKU.WS xəbər verir ki, Ramin adlı şəxs həyat yoldaşının keçmiş ərini döyüb.

Hadisə efirdən kənar, ATV-nin 5-ci mərtəbəsilə 6-ci mərtəbəsini birləşdirən pilləkənlərdə baş verib. Müşahidə kameralarında qeydə alınan görüntülərdə Günayın pilləkənlərlə qalxan İlhama əl-qol edərək nə isə dediyini görürük. Onun ardınca Ramin aşağı enərək İlhamı döyür. Televiziya əməkdaşları İlhamı Raminin əlindən çətinliklə alırlar.

Tərəflər arasında mübahisə uşaq üstündədir. Belə ki, Günay adlı qadının eks həyat yoldaşı İlham iki uşağının vəlayətini ondan almaq istəyir.

Digər məqam budur ki, Günayla Ramin bu müddət ərzində cəmi 1 ay rəsmi nikahda olub. Raminin anası bu izdivaca qarşıdır. Bu bərabərlikdən onların bir oğlu var.

Günayla Raminin də münasibəti münaqişəlidir, onlar bərabər yaşamırlar. Özünün də yaşamağa yeri yoxdur, pulu olanda kirayə, pulu olmayanda dost-tanışının evində qalır. Yəni uşaqları saxlamaq imkanında deyil.

Aysel
BAKU.WS
VİDEO