İcra nümayəndəsi yol qəzası törədib - ölən və yaralanan var

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Cəlilabad-Bayxanlı yolunda qeydə alınıb.
Rayonun Adnalı kənd sakini Şirəliyev Məmmədbağır Məhəmmədhüseyn oğlunun idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. X.Şirəliyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, sürücü M.Şirəliyev Cəlilabad rayonu Adnalı kəndinin icra nümayəndəsi vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəki-Qax yolunda ağır qəza – Ölən var
Ötən gün Şəkidə ağır yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunda qeydə alınıb. Belə ki. 1994-cü il təvəllüdlü Tərlan Fərhad o...