Göygöl rayonunda kütləvi dava baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun şadlıq saraylarından birində qeydə alınıb.

İçkili vəziyyətdə olan gənclər arasında düşən dava zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Elman Cəfərov ürək nahiyyəsindən bıçaqlanıb.

Yaralı ətrafdakı insanların köməkliyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.

İlkin məlumatlara görə, Elman Cəfərov öz dostu tərəfindən bıçaqlanıb. Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma başlanılıb.

BAKU.WS