SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda pul qazanmaq üçün işlədiyi yer qızı evindən didərgin salıb.

BAKU.WS
-in Milli.az-a istinadən verdiyi məlumata görə, səbəb isə valideynlərinin təzyiqinə dözə bilməməsidir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 18 yaşlı Nərmin İsmayılova evdən yoxa çıxıb. Hazırda onu polis axtarır.

Sabunçu polisi xəbər verib ki, N.İsmayılova Bakıda barlardan birində işləyir. Vaideynləri onun işdən çıxamasını istəsələr də, qız buna etiraz edib. Məhz bu məsələyə görə, o, evdən bir neçə dəfə qaçıb. Polis tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

Yenidən polislər eyni problemə görə qızı axtarmalı olub. N.İsmayılova yenə evdən qaçıb. Hazırda axtarışlar getsə də, Nərmin hələ də tapılmayıb.

BAKU.WS