SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda sevdiyi qızı qətlə yetirən şəxsin cinayət işinin istintaqı başa çatıb. 

BAKU.WS Report-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Babək Əliyevintörətdiyi cinayət hadisəsi üzrə Bakı şəhəri Nizami rayon Prokurorluğunda aparılmış istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə 2015-ci ilin oktyabr ayında baş verib. B.Əliyev İlahə Yusubovanıqətlə yetirib. O, istintaqa ifadəsində bildirib ki, dəfələrlə tanışı İ.Yusubovaya evlilik təklifi edib, lakin heç vaxt qarşılıq almayıb. 

Keçən il oktyabrın 29-da B.Əliyev sevdiyi qızı metronun "Qara Qarayev” stansiyasının yaxınlığına görüşə çağırıb. Növbəti dəfə rədd cavabı alan B.Əliyev İ.Yusubovanı yerə yıxaraq ona 15 dəfə bıçaq zərbəsi endirərək xüsusi amansızlıqla qətlə yetirib.
Fakt üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
 
BAKU.WS