SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda kirayə qaldıqları evdə zəhərlənən 6 tələbə qızdan 4-ü evə buraxılıb.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, digər iki qız müalicələrini davam etdirir.

Xatırladaq ki, Bakıda daha 6 tələbə qız dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

***09:24

Xəzər Universitetinin 6 tələbəsi zəhərlənib.

Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə hazırda tələbələr Təcili Tibbi yardım avtomobili ilə КТМ-in Toksikologiya şöbəsinə gətiriblər.

Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47 də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.

BAKU.WS