Samux rayonunda qaz sızması nəticəsində evdə partlayış olub.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə rayonun Nəbiağalə kəndində baş verib. İlkin məlumata əsasəm hadisə nəticəsində ev sahibi 82 yaşlı Səttar Xəlilov ağır bədən xəsarətləri alıb.

Yaralı təcili olaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun üz nahiyyəsinin eləcədə bədəninin müxtəlif nahiyələrinin yandığı bildirilir.

BAKU.WS