SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda zəncirvari yol qəzası baş verib.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə Dərnəgül şossesində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 24 saylı marşrut avtobusu yolun kənarında dayanan “Hyundai” markalı avtomobillə toqquşub. Daha sonra avtobus KİA markalı maşına dəyib.

Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO