Bakıda sərnişin avtobusu iki avtomobili əzdi - VİDEO

19
noy
2019
15:10
Bakıda zəncirvari yol qəzası baş verib.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə Dərnəgül şossesində qeydə alınıb.
Belə ki, hərəkətdə olan 24 saylı marşrut avtobusu yolun kənarında dayanan “Hyundai” markalı avtomobillə toqquşub. Daha sonra avtobus KİA markalı maşına dəyib.
Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
Avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda ağır qəza - "Hyundai" markalı avtobus aşdı (VİDEO)
Paytaxtın Xəzər rayonunda ağır yol qəzası baş verib. BAKU.WS xəbər verir ki, Mərdəkan şossesində "Opel" markalı maşın "Hyundai" markalı avtobusla toqquşub. Hadi...
