SİZİN REKLAM BURADA!
055 213 76 73


Bərdə rayonunda gənc oğlan döyülüb.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hadisə rayonun heyvan bazarında baş verib.

Bərdə rayonu, Xamtorpaq kənd sakini, 1991-ci il təvəllüdlü Möylanverdiyev Ədalət Möylanverdi oğlu bazar ərazisində olarkən naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər onu ağac parçası ilə döyərək hadisə yerindən qaçıb.

Ə.Mövlanverdiyev qapalı kəllə beyin travması və ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb, sonradan isə Bərdə rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
BAKU.WS