Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qaradağ rayonunun Sahil qəsəbəsində Bakı şəhər sakini Elşən İbarahimov idarə etdiyi "Hyundai” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub.
Ağır bədən xəsarətləri alan piyada hadisə yerində keçinib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Ziya Səccad
BAKU.WS
Qaradağda kişini maşın vurub öldürdü
21
avq
2004
1 235